Əməkdar artist Kübra Əliyeva evində ziyarət olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Əməkdar artist Kübra Əliyeva evində ziyarət olunub

Qafar Ağayev17:07 - 04 / 03 / 2026
Əməkdar artist Kübra Əliyeva evində ziyarət olunub

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri martın 3-də tanınmış teatr və kino aktrisası, Əməkdar artist, Prezidentin fərdi təqaüdçüsü Kübra Əliyevanı evində ziyarət ediblər.

1news.az xəbər verir ki, Mədəniyyət nazirinin müavini Murad Hüseynov Kübra Əliyevanın sənət yolundan danışıb, onun tamaşa və filmlərdə bir-birindən maraqlı obrazlar qalereyası yaratdığını deyib. Aktrisanın səhnə uğurlarını ekranda da təkrarladığı, həyat verdiyi obrazların geniş tamaşaçı kütləsi tərəfindən maraqla qarşılandığı vurğulanıb. Qeyd olunub ki, sənətkarın yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.

Əməkdar artist Kübra Əliyeva yaradıcılığına göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Paylaş:
1468

Son xəbərlər

Bütün xəbərlər