Yaponiya səfirliyi konsulluq xidmətlərini bərpa etdi
Yaponiyanın Azərbaycandakı səfirliyi konsulluq xidmətlərinin göstərilməsini bərpa edib.
1news.az xəbər verir ki, bu barədə “Report”a səfirlikdən məlumat verilib.
Qeyd edək ki, daha əvvəl yayılan məlumatda Yaxın Şərqdəki vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə Yaponiyanın Azərbaycandakı səfirliyi martın 2-3-də konsulluq xidmətləri göstərməsini müvəqqəti olaraq dayandırmışdı.
76












