Livandan İsrail istiqamətində buraxılan raketlər zərərsizləşdirib | 1news.az | Xəbərlər
Dünya

Livandan İsrail istiqamətində buraxılan raketlər zərərsizləşdirib

Qafar Ağayev17:31 - Bu gün
Livandan İsrail istiqamətində buraxılan raketlər zərərsizləşdirib
İsrailin şimalında Livandan atılan raketlər zərərsizləşdirilib.

1news.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) məlumat yayıb.

Bildirilib ki, saat 14:30-da İsrailin şimalında hava həyəcanı siqnalları səslənib. Bundan sonra Livan ərazisindən İsrail istiqamətinə bir neçə raket buraxıldığı müəyyən edilib və onların əksəriyyəti hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

Məlumata görə, saat 15:00-da yenidən səslənən siqnallardan sonra Livandan İsrail ərazisinə doğru atılan daha bir raket də uğurla zərərsizləşdirilib.

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər