Dövlət Başçısı: Futbol üzrə U-20 Dünya çempionatının Azərbaycanda və Özbəkistanda təşkili ortaq tarixi nailiyyətdir
İdman sahəsində əməkdaşlıqda yaxşı nəticələr var.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Özbəkistanın UzA agentliyinə müsahibəsində deyib.
İki ölkənin (Azərbaycanın və Özbəkistanın) birgə səyləri sayəsində FIFA İcraiyyə Komitəsi 2027-ci ildə keçiriləcək futbol üzrə U-20 Dünya çempionatının final mərhələsini Azərbaycanda və Özbəkistanda təşkil etmək qərarına gəlib. Bu, Avropa ilə Asiyanı birləşdirəcək ortaq tarixi nailiyyətdir.
52












