ADY: 10 ayda qatarlar heyvanlarla 48 dəfə toqquşub
Bu ilin yanvar-oktyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sərnişin və yük qatarlarının qarşısına heyvanların çıxması nəticəsində 48 toqquşma hadisəsi baş verib.
1news.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata əsasən, sahibsiz buraxılan mal-qara qatarların hərəkətinə ciddi təhlükə yaradır. Nəticədə qatarlara ciddi maddi zərər dəyir, qrafikdə gecikmələr yaşanır və heyvanlar tələf olur. "Bir daha hamımızın sərvəti olan qatarları qorumağa çağırır və xatırladırıq ki, heyvanları nəzarətsiz buraxmaq kimi məsuliyyətsiz hərəkət Azərbaycan qanunvericiliyi əsasında cərimələnmə ilə nəticələnir", - məlumatda qeyd olunub.
44












