Formula 1 Azərbaycan Qran-Prisi 2026 üçün Paddok tikintisinə başlanıb | 1news.az | Xəbərlər
İdman

Formula 1 Azərbaycan Qran-Prisi 2026 üçün Paddok tikintisinə başlanıb

Qafar Ağayev12:32 - 03 / 03 / 2026
Formula 1 Azərbaycan Qran-Prisi 2026 üçün Paddok tikintisinə başlanıb

Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisə başlanıb.

Bu barədə 1news.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindn məlumat verilib

Bildirilib ki, Paddok hər zamanki kimi Neftçilər prospektində, Hökumət evinin qarşısında quraşdırılır.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BCC) piyadaların və sürücülərin diqqətli olmalarını xahiş edir və şəhər sakinlərinə göstərdikləri anlayışa görə təşəkkürünü bildirir.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi 2026 24–26 sentyabr tarixlərində baş tutacaq. Dünyanın ən böyük avtoidman yarışı on minlərlə qonağın iştirakı ilə Bakıya yenidən möhtəşəm yarış həyəcanı qatacaq.

Paylaş:
418

Son xəbərlər

Rza Tamer vəfat etdi

Bu gün, 12:37
Bütün xəbərlər