Beynəlxalq axtarışa verilən şəxs Polşada tutuldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Beynəlxalq axtarışa verilən şəxs Polşada tutuldu

Qafar Ağayev13:55 - Bu gün
Beynəlxalq axtarışa verilən şəxs Polşada tutuldu

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Polşa ərazisində saxlanılıb.

Bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Gəncə şəhər Baş Polis İdarəsində ibtidai istintaq edilən dələduzluq cinayəti işi üzrə Elmixan Allahyar oğlu Kərimov barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib. O, beynəlxalq axtarışa verilib.

Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən həmin şəxsin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.

Paylaş:
645

Son xəbərlər

Bütün xəbərlər