DİN bank kartları ilə bağlı növbəti dəfə müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN bank kartları ilə bağlı növbəti dəfə müraciət edib

Qafar Ağayev13:05 - Bu gün
DİN bank kartları ilə bağlı növbəti dəfə müraciət edib

"Bank kartlarına müdaxilə hallarının artdığı bir dövrdə hər bir vətəndaş daha ehtiyatlı olmalıdır".

1news.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

DİN bununla bağlı növbəti dəfə çağırış edib, vətəndaşları sadə təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.

Məlumatda aşağıdakılar vurğulanır:

— Hər zəngi açmayın. Naməlum nömrələrdən edilən zənglər çox vaxt dələduzluq məqsədi daşıyır.

— Hər SMS-ə cavab verməyin. “Bonus qazandınız”, “Hesabınız bloklanıb”, “Təcili ödəniş edin” kimi mesajlar tələ ola bilər.

— Hər linkə daxil olmayın. Saxta saytlar kart məlumatlarınızı ələ keçirmək üçün hazırlanır.

— Şəxsi məlumatları paylaşmayın. PIN, CVV, 16 rəqəmli kart nömrəsi və SMS kodlar yalnız sizə məxsusdur.

"Sizə zəng edən heç bir bank əməkdaşı şəxsi kart məlumatlarınızı istəmir. Şübhəli hal gördükdə dərhal bankınıza və polisə məlumat verin", məlumatda deyilir.

Paylaş:
52

Son xəbərlər

Bütün xəbərlər