22 dərəcəyədək isti olacaq - Sabahın havası AÇIQLANDI | 1news.az | Xəbərlər
Cəmiyyət

22 dərəcəyədək isti olacaq - Sabahın havası AÇIQLANDI

12:32 - Bu gün
22 dərəcəyədək isti olacaq - Sabahın havası AÇIQLANDI

Noyabrın 20-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər yarımadanın bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14, gündüz 17-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu,nisbi rütubət gecə 80-85 %, gündüz 70-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 17-21, dağlarda gecə 1-5, gündüz 7-12 dərəcə isti olacaq.

Paylaş:
41

Son xəbərlər

Bütün xəbərlər