Deputat: Bəzi qüvvələr 2026-cı ilin büdcə layihəsini gözdən salmağa çalışır | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputat: Bəzi qüvvələr 2026-cı ilin büdcə layihəsini gözdən salmağa çalışır

Qafar Ağayev12:53 - Bu gün
Deputat: Bəzi qüvvələr 2026-cı ilin büdcə layihəsini gözdən salmağa çalışır

"Bəzi qüvvələr tərəfindən 2026-cı il dövlət büdcəsi ilə bağlı manipulyativ fikirlər səsləndirilir".

1news.az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Elşən Musayev bildirib.

O, bildirib ki, onlar bu addımla büdcəni və hökuməti gözdən salmağa çalışırlar.

"Məsələn, iddia olunur ki, yeni vergi siyasəsi əhalinin rifahına mənfi təsir göstərəcək. Əslində isə vergi güzəştlərinin ləğvi əhalinin 2 faizinə vergi yükü yaradacaqsa, bu, 98 faiz məhz bu vergi güzəştlərindən bəhrələnəcək".

Deputat vurğulayıb ki, Azərbaycanın dövlət büdcəsi Qafqaz regionunun ən böyük büdcəsidir, lakin mövcud öhdəliklər səbəbindən yüklü xarakter daşıyır.

"Belə bir şəraitdə cəmiyyətin bütün təbəqələri dövlətçilik maraqlarının qorunması istiqamətində həmrəylik nümayiş etdirməlidirlər. Düşünürəm ki, hər birimiz məkrli qüvvələrə qarşı bir olmalı, hökumətimizi qorumalıyıq. İradı, təklifi və ən sərt tənqidi də mövcud mexanizmlər çərçivəsində həll etməyə çalışaq”, — deyə Elşən Musayev qeyd edib.

Paylaş:
54

Son xəbərlər

Bütün xəbərlər