Azərbaycan neftinin qiyməti cüzi azalıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti cüzi azalıb

10:45 - Bu gün
Azərbaycan neftinin qiyməti cüzi azalıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.09 ABŞ dolları və ya 0,14% azalaraq 65,23 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 65,32 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Paylaş:
39

Son xəbərlər

Bütün xəbərlər