Bakıda 8 şagirdin saqqızdan zəhərləndiyi ehtimal olunur | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 8 şagirdin saqqızdan zəhərləndiyi ehtimal olunur

14:29 - Bu gün
Bakıda 8 şagirdin saqqızdan zəhərləndiyi ehtimal olunur

Bu gün saat 09:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu, 14 saylı orta məktəbdən təcili çağırış qeydə alınıb.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

"Təcili tibbi yardım briqadası tərəfindən Respublika Pediatriya Mərkəzinin nəzdində olan Ə. F. Qarayev adına Uşaq Klinik Xəstəxanasına 5 nəfər (kişi cinsli), Nərimanov Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına 3 nəfər (kişi cinsli) hospitalizasiya olunub.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Pasiyentlərdən 1-nə yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş infeksiyası, digər 7 pasiyentə isə kəskin qastrit diaqnozu təyin edilib.

Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə evə buraxılıb", - məlumatda qeyd olunub.

Paylaş:
53

Son xəbərlər

Bütün xəbərlər