Dağlıq ərazilərdə qar yağıb - FAKTİKİ HAVA | 1news.az | Xəbərlər
Cəmiyyət

Dağlıq ərazilərdə qar yağıb - FAKTİKİ HAVA

10:53 - Bu gün
Dağlıq ərazilərdə qar yağıb - FAKTİKİ HAVA

Dekabrın 11-i saat 10:00-a olan faktiki hava açıqlanıb.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, dekabrın 11-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub. Dağlıq ərazilərdə qar yağıb.

Yağan qarın hündürlüyü Şahdağda 5, Qrız və Xınalıqda 4 sm-dir.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 35, Qobustanda 29, Şirvanda 22, Neftçalada 17, Sabirabadda 15, Şamaxıda 13, Cəlilabad, Biləsuvarda 11, Şabran, Lənkəranda 9, Altıağac, Astarada 7, Şahbuz, Xaçmaz, İmişli, Kürdəmirdə 6, Lerikdə 5, İsmayıllı, Ordubad, Xaltan, Qəbələdə 4, Cəbrayıl, Şəki, Yardımlıda 3, Ağstafa, Culfa, Quba, Göyçay, Zərdabda 2, Daşkəsən, Mingəçevir, Gəncə, Naxçıvan, Sədərək, Tovuz, Qax, Yevlax, Tərtər, Qusar, Beyləqan, Oğuz, Kəlbəcər, Laçın, Qubadlı, Şuşada 1 mm-dir.

Sumqayıt, Daşkəsən, Göygöl, Şəmkir, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qrız, Göyçay, Lerik, Qobustan, Yevlax, Kürdəmir, Zərdab, Sabirabadda duman müşahidə olunub. Görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.

Paylaş:
56

Son xəbərlər

Bütün xəbərlər