Xocalının Badara, Ballıca və Şuşakənd kəndlərinə növbəti köç karvanı yola salınıb FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xocalının Badara, Ballıca və Şuşakənd kəndlərinə növbəti köç karvanı yola salınıb FOTO

12:49 - Bu gün
Xocalının Badara, Ballıca və Şuşakənd kəndlərinə növbəti köç karvanı yola salınıb FOTO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.

Dekabrın 11-də növbəti köç karvanı Ağdamdan Xocalının Badara, Ballıca və Şuşakənd kəndlərinə yola salınıb.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə Xocalının Badara kəndinə 6 ailə - 18 nəfər, Ballıca kəndinə 9 ailə - 38 nəfər, Şuşakənd kəndinə isə 14 ailə - 51 nəfər köçürülür. Köçürülənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Köçürülmə prosesi Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində əlaqədar dövlət qurumlarının birgə fəaliyyəti ilə həyata keçirilir.

Uzun illər ərzində həsrətlə gözlədikləri torpaqlarına qovuşmağın sevincini yaşayan keçmiş məcburi köçkünlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda həyatlarını qurban vermiş şəhidlərimizə rəhmət diləyiblər.

Paylaş:
55

Son xəbərlər

Bütün xəbərlər