Azərbaycanla Türkiyə arasında statistika sahəsində anlaşma memorandumu təsdiqlənib | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycanla Türkiyə arasında statistika sahəsində anlaşma memorandumu təsdiqlənib

17:42 - Bu gün
Azərbaycanla Türkiyə arasında statistika sahəsində anlaşma memorandumu təsdiqlənib

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında statistika sahəsində Anlaşma Memorandumu” təsdiq edilib.

1news.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

Fərmana əsasən,1-ci hissədə göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Qeyd edək ki, memorandum bu ilin oktyabrın 3-də Ankarada imzalanıb.

Paylaş:
522

Son xəbərlər

Bütün xəbərlər