Azərbaycan və Pakistan arasında qarşılıqlı investisiya axınlarının artırılması müzakirə olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan və Pakistan arasında qarşılıqlı investisiya axınlarının artırılması müzakirə olunub - FOTO

Qafar Ağayev13:56 - Bu gün
Azərbaycan və Pakistan arasında qarşılıqlı investisiya axınlarının artırılması müzakirə olunub - FOTO

Azərbaycan və Pakistan arasında qarşılıqlı investisiya axınlarının artırılması müzakirə olunub.

1news.az xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov bu barədə özünün "X" hesabında paylaşım edib.

"Pakistan İslam Respublikasına səfərimiz çərçivəsində Pakistanın Xüsusi İnvestisiyaların Asanlaşdırılması Şurasının milli koordinatoru, general-leytenant Sarfaraz Əhməd ilə görüşməkdən məmnun olduq. Neft-qaz sektoruna sərmayələr də daxil olmaqla, qarşılıqlı investisiya axınlarının artırılması, birgə layihələrin təşviqi və biznes dairələri arasında əməkdaşlığın fəal dəstəklənməsi barədə fikir mübadiləsi apardıq", - deyə paylaşımda qeyd olunub.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər