Sarı dənizdə ABŞ-yə məxsus PUA qəzaya uğrayıb | 1news.az | Xəbərlər
Dünya

Sarı dənizdə ABŞ-yə məxsus PUA qəzaya uğrayıb

Qafar Ağayev10:45 - Bu gün
Sarı dənizdə ABŞ-yə məxsus PUA qəzaya uğrayıb

Cənubi Koreyanın Gunsan şəhərindəki Kunsan Hava Bazasından havaya qalxan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus MQ-9 Reaper tipli pilotsuz uçuş aparatı (PUA) Sarı dənizdə qəzaya uğrayıb.

1news.az xəbər verir ki, PUA naməlum səbəbdən Maldo-ri adası yaxınlığında dənizə düşüb.

ABŞ-ın 8-ci Döyüş Eskadrilyası hadisə ilə bağlı açıqlama yayıb. Bildirilib ki, qəza yerli vaxtla 04:35-də rutin tapşırığın icrası zamanı baş verib. Qurumun məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb və ictimaiyyətə dəymiş hər hansı zərər qeydə alınmayıb. Faktla bağlı araşdırma başladılıb.

PUA-nın qalıqlarının tapılması üçün axtarış işləri davam etdirilir.

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələrinin inventarında olan MQ-9 Reaper tipli aparatlar kəşfiyyat, koordinasiya və məlumat toplama əməliyyatlarında istifadə olunur və təxminən 1 850 km uçuş məsafəsinə malikdir.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər