Sabahın hava proqnozu açıqlanıb
Noyabrın 26-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10dərəcədən 13dərəcəyədək, gündüz 15dərəcədən 18 dərəcəyədək olacaq. Atmosfer təzyiqi normadan yuxarı 766 mm civə sütunu, nisbi rütubət gecə 80-85 %, gündüz 65-70 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2dərəcədən 7dərəcəyədək, gündüz 15dərəcədən 20dərəcəyədək, dağlarda gecə 2dərəcədən 7, gündüz 13dərəcədən 18 dərəcəyədək olacaq.












