Hava Nəqliyyatı vasitəsilə gündəlik yük axınları və onların nəzarət sistemi açıqlanıb
Hava nəqliyyatı vasitəsilə gündəlik orta hesabla 80 ton idxal, 5 ton ixrac və 600 ton tranzit-transfer yükü gömrükdən keçirilir.
1news.az-ın müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Hava Nəqliyyatının Baş Gömrük İdarəsinin Loqistika Mərkəzinin gömrük postunun rəisi Rövşən Məhmudzadə deyib. O qeyd edib ki, daşınan yüklərin əksəriyyəti ABŞ, Avropa ölkələri və Birləşmiş Ərəb Əmirliklərindən gəlir.
Logistika Mərkəzi ölkə ərazisinə gətirilən (idxal), ölkədən çıxarılan (ixrac), həmçinin tranzit və daşınan yüklərin gömrük rəsmiləşdirilməsini həyata keçirir. Gömrük rəsmiləşdirilməsi Risklərin Avtomatlaşdırılmış Analiz Sistemi (RAAS) vasitəsilə aparılır.
Faiqa Məmmədova
49












