Bu ilin ilk 6 ayı ərzində aparılan gömrük yoxlamaları nəticəsində 54 cinayət faktı aşkar edilib
Bu ilin ilk 6 ayı ərzində aparılan gömrük yoxlamaları nəticəsində 1234 inzibati xəta, 54 cinayət faktı aşkar edilib.
1news.az-ın müxbirinin verdiyi məlumata görə, bunu hava nəqliyyatında Baş Gömrük İdarəsində KİV nümayəndələrinin iştirakı ilə keçirilən mediatur zamanı Gömrük Xidmətinin Təşkilat şöbəsinin rəisi Elşən Səfərli bildirib.
Onun sözlərinə görə, həmin dövr ərzində ölkəyə qanunsuz yolla 261 412 ABŞ dolları, 21 728 avro və 100 000 funt sterlinqin gətirilməsinin qarşısı alınıb.
Faiqə Məmmədova
43












