AMB valyuta mübadiləsi xidməti göstərən 2 şirkətin vəzifəli şəxslərini cərimələyib
Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta mübadiləsi xidməti göstərən "Money Shop" və "MMK-014" MMC-lərin vəzifəli şəxslərini inzibati məsuliyyətə cəlb edib.
1news.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində valyuta tənzimi qanunvericiliyinin tələblərinin pozulması aşkarlanıb. Odur ki, hər iki şirkətin vəzifəli şəxsləri ayrı-ayrılıqda Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq, 1 000 manat cərimələnib.
38












