Sabah Xəzər rayonu və Sumqayıtda qaz olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah Xəzər rayonu və Sumqayıtda qaz olmayacaq

18:09 - Bu gün
Sabah Xəzər rayonu və Sumqayıtda qaz olmayacaq

Sabah Sumqayıt şəhərinin və Xəzər rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

1news.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhəri, Şəhər-1 və Şəhər-3 xətlərində təmir olunmuş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar İnşaatçılar qəsəbəsi, Beton zavod ərazisi, Kimyaçılar qəsəbəsi, Xəzər bağları, Kotec qəsəbəsi, Bulvar ərazisi, 1-2-3-4-5-7-8-12-14-15-16-17-18-19-20-21-22-23-24-25-26-29-30-34-36-45-ci məhəllələr və 1-2-5-6-cı mikrorayonlarda noyabrın 3-ü saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaqdır.

Qaz təchizatı dayandırılan müddətdə qeyd olunan ərazilərdə ümumilikdə 45000 istehlakçının qaz təchizatında fasilə yaranacaqdır.

Paylaş:
41

Son xəbərlər

Bütün xəbərlər