Rəşad Nəbiyev ABŞ-da “bulud” infrastrukturunun inkişafı məsələsini müzakirə edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Rəşad Nəbiyev ABŞ-da “bulud” infrastrukturunun inkişafı məsələsini müzakirə edib

Qafar Ağayev10:23 - Bu gün
Rəşad Nəbiyev ABŞ-da “bulud” infrastrukturunun inkişafı məsələsini müzakirə edib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Amazon Web Services” (AWS) şirkətinin ümumdünya dövlət sektorunda texnologiyalar üzrə vitse-prezidenti Dominik Delmolino ilə görüşüb.

1news.az xəbər verir ki, bununla bağlı Rəşad Nəbiyev “X” sosial şəbəkəsində paylaşım edib.

Məlumata görə, görüş zamanı tərəflər "bulud" infrastrukturunun inkişafı, dövlət xidmətlərində rəqəmsal transformasiya, kibertəhlükəsizlik imkanlarının gücləndirilməsi və innovasiya ekosisteminin genişləndirilməsi üzrə əməkdaşlıq sahələrini müzakirə ediblər.

“ABŞ-yə səfər çərçivəsində “Amazon Web Services” (AWS) şirkətinin ümumdünya dövlət sektorunda texnologiyalar üzrə vitse-prezidenti Dominik Delmolino ilə görüşdük.

Görüş zamanı "bulud" infrastrukturunun inkişafı, dövlət xidmətlərində rəqəmsal transformasiya, kibertəhlükəsizlik imkanlarının gücləndirilməsi və innovasiya ekosisteminin genişləndirilməsi üzrə əməkdaşlıq sahələrini müzakirə etdik”, - paylaşımda qeyd olunur.

Paylaş:
65

Son xəbərlər

Bütün xəbərlər