Qusarda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qusarda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib

12:18 - Bu gün
Qusarda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib

Qusarda 4 nəfər dəm qazından zəhərlənib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə dekabrın 15-i gecə saatlarında rayonun Üzdənoba kəndində qeydə alınıb. Bir ailənin üzvü olan 4 nəfər qaz sobası ilə qızdırılan evdə dəm qazından zəhərləniblər.

Ev sahibi Faiz Sadikov, onun həyat yoldaşı Zalina Sadikova, 7 və 5 yaşlarında iki azyaşlı övladları Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. İlkin tibbi yardımdan sonra vəziyyətləri yaxşı olduğu üçün ailənin 4 üzvü də evə buraxılıb.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər