Masallıda marketdə saxta alkoqollu içkilər aşkarlanıb
Masallı rayonunun Qızılağac kəndində fəaliyyət göstərən, Abbasov Zakir Ramazan oğluna məxsus marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.
1news.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, marketdə ümumi sayı 62 ədəd “Gold Organic”, “Organic Vodka”, “Lux Organic” əmtəə nişanlı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər müəyyən edilərək satışdan kənarlaşdırılıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Faktla əlaqədar sahibkar barəsində inzibati protokol tərtib edilib, məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul olunub. Araşdırmalar davam etdirilir.
65












