Sahibə Qafarova Misirin Azərbaycandakı səfiri ilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sahibə Qafarova Misirin Azərbaycandakı səfiri ilə görüşüb

Qafar Ağayev16:21 - Bu gün
Sahibə Qafarova Misirin Azərbaycandakı səfiri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 17-də Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Houssam-Eldine Reda ilə görüşüb.

Bu barədə 1news.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Spiker Sahibə Qafarova səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə ölkələrimiz arasında dostluq münasibətlərinin hazırki səviyyəsindən razılıq ifadə olunaraq, əlaqələrin inkişafında dövlət başçılarının rolu və dəstəyi xüsusi qeyd edilib.

Söhbət zamanı Milli Məclis və Misir parlamentinin həm yuxarı, həm də aşağı palataları arasında müsbət əməkdaşlıq əlaqələrindən razılıq ifadə olunub. Spiker Sahibə Qafarova özünün Misir Ərəb Respublikasına rəsmi səfərinin və keçirdiyi görüşlərin, həmçinin, qarşı tərəfdən ölkəmizə səfərlərin əməkdaşlıq əlaqələrinin inkişafına töhfə verdiyini bildirib, dostluq qruplarının fəaliyyətini qeyd edib.

Səfir Houssam-Eldine Reda görüşə və təbrikə görə təşəkkürünü ifadə edərək, gələcək fəaliyyətində digər sahələrdə olduğu kimi, qanunvericilik orqanları arasında da təmasların daha da genişləndirilməsinə töhfə verməyə çalışacağını söyləyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Paylaş:
75

Son xəbərlər

Bütün xəbərlər