1news.az-ın 4 əməkdaşı təltif edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

1news.az-ın 4 əməkdaşı təltif edilib

Qafar Ağayev17:18 - Bu gün
1news.az-ın 4 əməkdaşı təltif edilib

Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə 1news.az xəbər saytının 4 əməkdaşı dövlət təltifinə layiq görülüb.

Belə ki, 1news.az-ın baş redaktoru Kəmalə Məmmədova, müxbirlər Yalçın Əliyev, Feliks Vişnevetskiy və Rüstəm Əzimov “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif olunublar.

Qeyd edək ki, yubiley medalı Prezident İlham Əliyevin 20 fevral 2025-ci il tarixli Fərmanı ilə təsis edilib. Bu təltif Azərbaycan milli mətbuatının 150 illik şərəfli yoluna, jurnalistlərin peşəkar və məsuliyyətli fəaliyyətinə, eləcə də söz və informasiya azadlığının inkişafına dövlət səviyyəsində göstərilən yüksək diqqət və qayğının bariz ifadəsidir.

Paylaş:
109

Son xəbərlər

Bütün xəbərlər