Ağdamda traktor minaya düşüb, sürücü xəsarət alıb - BİRGƏ MƏLUMAT | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdamda traktor minaya düşüb, sürücü xəsarət alıb - BİRGƏ MƏLUMAT

Qafar Ağayev09:05 - Bu gün
Ağdamda traktor minaya düşüb, sürücü xəsarət alıb - BİRGƏ MƏLUMAT

Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) Ağdam rayonunda mina hadisəsi ilə bağlı birgə məlumat yayıb.

1news.az-ın xəbərinə görə, bildirilib ki, işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində dekabrın 17-si saat 22:00 radələrində mina hadisəsi baş verib. "1982-ci il təvəllüdlü Sarıcalı kənd sakini Məmmədov Qədir Malik oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə traktorla yer şumlayarkən tank əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib. Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır. ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!", - deyə birgə məlumatda qeyd olunub.

Paylaş:
113

Son xəbərlər

Bütün xəbərlər