Ceyhun Bayramov: Son 1 ildə Azərbaycan ilə Rusiya arasında münasibətlərdə ümumi gərginlik yaşanıb
“Son 1 il ərzində AZAL-a məxsus təyyarənin vurulmasından sonra Azərbaycan ilə Rusiya arasında münasibətlərdə ümumi gərginlik yaşanıb”.
1news.az xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov dekabrın 26-də ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
“Buna baxmayaraq ölkələrimiz arasında dialoq və qarşılıqlı təmaslar davam edib. Oktyabrın 9-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclasında keçirilmiş görüş zamanı Rusiya tərəfi təyyarənin vurulmasının öz hərbi qüvvələrinin səhvi olduğunu etiraf edib və üzrxahlıq edib ki, bu da münasibətlərin normallaşması istiqamətində əhəmiyyətli addım hesab olunur”.
96












