Ceyhun Bayramov almaniyalı həmkarı ilə Yaxın Şərqdə artan gərginlik barədə fikir mübadiləsi aparıb | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov almaniyalı həmkarı ilə Yaxın Şərqdə artan gərginlik barədə fikir mübadiləsi aparıb

Qafar Ağayev15:18 - Bu gün
Ceyhun Bayramov almaniyalı həmkarı ilə Yaxın Şərqdə artan gərginlik barədə fikir mübadiləsi aparıb

Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadeful Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Bu barədə 1news.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tərəflər regionda mövcud təhlükəsizlik vəziyyətini və Yaxın Şərqdə artan gərginliyin regional və qlobal təhlükəsizliyə təsirlərini müzakirə ediblər.

Almaniya naziri İranın ölkəmizə qarşı həyata keçirdiyi dron hücumlarından narahatlığını ifadə edib, hücumları qətiyyətlə pisləyib, ölkəmizlə həmrəy olduğunu bildirib.

Almaniya naziri ölkəsinin vətəndaşlarının İrandan təxliyəsi istiqamətində göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib.

Telefon danışığı zamanı həmçinin Azərbaycan–Almaniya ikitərəfli münasibətlərinin inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
173

Son xəbərlər

Bütün xəbərlər