Ceyhun Bayramov: Humanitar məsələlərin siyasiləşdirilməsi Azərbaycana qarşı yeni deyil | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov: Humanitar məsələlərin siyasiləşdirilməsi Azərbaycana qarşı yeni deyil

Qafar Ağayev16:25 - Bu gün
Ceyhun Bayramov: Humanitar məsələlərin siyasiləşdirilməsi Azərbaycana qarşı yeni deyil

“Humanitar məsələlərin siyasiləşdirilməsi illərdir Azərbaycana qarşı istifadə olunan alətlərdən biridir”.

1news.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov brifinqdə 1news.az-ın əməkdaşının sualına cavab olaraq deyib.
Nazir bildirib ki, humanitar məsələlərin siyasiləşdirilməsi təəssüflər olsun ki, ölkəmizə qarşı yeni mövzu deyil.

“ Bu alətlərdən illər boyu bizə qarşı istifadə edilib. 2023-cü ildə antiterror əməliyyatlarından bir neçə ay sonra Avropa Şurasında nümayəndə heyətimizin iştirakına xitam verildiyinin şahidi olduq. Səbəb isə bizim həyata keçirdiyimiz müstəqil və prinsipial mövqeyi idi. Avropada bir sıra ölkələrdə – Ukrayna və Moldovada separatçılığa qarşı dözümsüz yanaşma mövcuddur. Azərbaycanda separatizmə qarşı isə tamamilə fərqli münasibət sərgilənir. Dırnaqarası qondarma rejimin ‘XİN rəhbəri’ David Babayana Avropa paytaxtları tərəfindən 10 illik səyahət vizası verilib. Bu gün qonşu ölkələrdə baş verən hadisələrə, din xadimlərinə və xaricdəki diaspor nümayəndələrinə qarşı atılan addımlara Avropadan hansısa etiraz görmüsünüzmü? Xeyr. Biz heç bir ölkənin daxili işinə qarışmırıq. Amma dünyada gedən proseslər dəyişir. Bir çox dövlətlər artıq fərqli davranır. Dünyanın əsas siyasi mərkəzi olan ABŞ 2025-ci il İnsan hüquqları hesabatında bir çox Avropa ölkələrini tənqid edib” - deyə nazir əlavə edib.

Paylaş:
92

Son xəbərlər

Bütün xəbərlər