Azərbaycanın XİN-in “qara siyahısı”nda olan şəxslər hansı halda çıxarıla bilər? - Nazirdən açıqlama
“Beynəlxalq praktikada qara siyahıda olan şəxslər üzrxahlıq etdikdə siyahıdan çıxarıla bilirlər”.
1news.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycanda da bu praktika mövcuddur. Son 30 ildə dövlətimizi təhdid edən və qeyri-dost bəyanatlar verən təxminən 2000 nəfər “qara siyahı”ya daxil edilib.
Ceyhun Bayramov əlavə edib ki, rəsmi olaraq Azərbaycan dövlətindən üzr istəməyən və günahını etiraf etməyən şəxslər bu siyahıdan çıxarılmır.
76












