Azərbaycan neftinin qiyməti 105 dolları ötüb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 105 dolları ötüb

10:28 - 13 / 03 / 2026
Azərbaycan neftinin qiyməti 105 dolları ötüb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 10,15 ABŞ dolları və ya 10,6% artaraq 105,58 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 95,43 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Paylaş:
372

Son xəbərlər

Bütün xəbərlər