Göyçayda quldurluq edən şəxsdən narkotik aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Göyçayda quldurluq edən şəxsdən narkotik aşkarlanıb

09:13 - Bu gün
Göyçayda quldurluq edən şəxsdən narkotik aşkarlanıb

Göyçay rayonunda quldurluq hadisəsi qeydə alınıb.

Kamuflyaj olunaraq gecə saatlarında mənzilə daxil olan naməlum şəxs kəsici alətlə ev sahibinə hədə-qorxu gələrək ondan pulların yerini deməsini tələb edib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 38 yaşlı Fərid Qəribov saxlanılıb.

Bildirilir ki, onun yaşadığı ünvana baxış keçirilərkən 5 kiloqrama yaxın narkotik vasitə olan marixuana da aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Paylaş:
96

Son xəbərlər

Bütün xəbərlər