Kəmalə Məmmədova: Regionda sülhün bərqərar olmasında medianın rolu olduqca böyükdür | 1news.az | Xəbərlər
Siyasət

Kəmalə Məmmədova: Regionda sülhün bərqərar olmasında medianın rolu olduqca böyükdür

Qafar Ağayev11:40 - Bu gün
Kəmalə Məmmədova: Regionda sülhün bərqərar olmasında medianın rolu olduqca böyükdür

“Regionda sülhün bərqərar olmasında medianın rolu olduqca böyükdür”.

1news.az xəbər verir ki, bunu bu gün “Vətəndaş cəmiyyətinin sülh prosesində rolu” mövzusunda keçirilən ictimai müzakirədə çıxış edən 1news.az saytının baş redaktoru Kəmalə Məmmədova deyib.

Onun sözlərinə görə, məlumat yayımı zamanı mediada aparılan müzakirələrə və səslənən şərhlərə xüsusi diqqət yetirilməlidir.

K.Məmmədova bildirib ki, bu yanaşma konkret birgə layihə çərçivəsində deyil, müxtəlif platformalarda formalaşan ümumi mövqenin nəticəsidir.

Baş redaktor vurğulayıb ki, Ermənistan mediasında gedən proseslər də diqqətlə izlənilir.

Kəmalə Məmmədova əlavə edib ki, keçmişi unutmadan, lakin gələcəyə yönəlik şəkildə sülhlə bağlı addımlar atılmalıdır.

Xatırladaq ki, oktyabrın 21-də Azərbaycan ekspertləri birbaşa uçuşla İrəvana gediblər və vətəndaş cəmiyyəti nümayəndələri arasında ikitərəfli görüşdə iştirak ediblər. 21-22 noyabr 2025-ci il tarixlərində isə “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrupun Azərbaycana səfəri baş tutub.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər