Samir Məmmədov “Birmarket” CEO-su təyin edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Samir Məmmədov “Birmarket” CEO-su təyin edilib

12:52 - 13 / 01 / 2026
Samir Məmmədov “Birmarket” CEO-su təyin edilib

Azərbaycanın ən böyük elektron ticarət platformalarından biri olan “Birmarket”də rəhbər vəzifə üzrə kadr dəyişikliyi baş verib.

1news.az Tech.az-a istinadən xəbər verir ki, “Birmarket”in yaradıcısı olan “Competo” MMC-nin direktoru vəzifəsinə Məmmədov Samir Sabir oğlu təyin edilib. O, bu təyinata qədər “PashaPay”in Baş icraçı direktoru (CEO) vəzifəsində çalışıb. Qeyd edək ki, həm “Birmarket”, həm də “PashaPay” PASHA Holdingə daxil olan qurumlardır.

Bundan əvvəl “Competo” MMC-nin rəhbəri vəzifəsini Qulaməliyev Rauf İlham oğlu icra edirdi.

Paylaş:
517

Son xəbərlər

Bütün xəbərlər