Azərbaycanda pensiya yaşı azaldılacaq? - DSMF sədrindən açıqlama
"Azərbaycanda pensiya yaşının azaldılması müzakirə mövzusu deyil".
1news.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev bildirib.
"Bu mövzu mətbuatda çıxır, biz də həmin informasiyalarla tanışıq, lakin bu il nazirliyin aparacağı islahatlar çərçivəsində pensiya yaşının dəyişdirilməsi məsələsi yoxdur", - deyə o qeyd edib.
Xatırladaq ki, hazırda Azərbaycanda 65 yaşda pensiyaya çıxırlar.
Faiqə Məmmədova
102












