“Xiaomi” “REDMI Note 15” seriyasını təqdim edir: “REDMI Titan Durability” etibarlılığı və flaqman imkanları - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Xiaomi” “REDMI Note 15” seriyasını təqdim edir: “REDMI Titan Durability” etibarlılığı və flaqman imkanları - FOTO

15:44 - Bu gün
“Xiaomi” “REDMI Note 15” seriyasını təqdim edir: “REDMI Titan Durability” etibarlılığı və flaqman imkanları - FOTO

“Xiaomi” brendi REDMI Note 15 Pro+ 5G, REDMI Note 15 Pro 5G, REDMI Note 15 Pro və REDMI Note 15 modellərinin daxil olduğu “REDMI Note 15” seriyasının qlobal buraxılışını elan edib.

“REDMI Titan Durability” konsepsiyasının birləşdirdiyi yeni məhsul xətti uzunmüddətli batereya ömrünü, yüksək qorumanı, suya və toza davamlılığı, həmçinin yenilənmiş mobil çəkiliş və performans imkanlarını özündə cəmləşdirir.

“Xiaomi” smartfonların buraxılışı ilə eyni zamanda “Mijia Smart Audio Glasses” və “REDMI Buds 8 Lite” kimi məhsullarını təqdim etməklə ağıllı cihazlar ekosistemini daha da genişləndirib.

Gündəlik ssenarilər üçün etibarlılıq

“REDMI Titan Durability” seriyanın bütün modellərini əhatə edir və “REDMI Note” xətti üçün yeni möhkəmlik standartı müəyyən edir. REDMI Note 15 Pro+ 5G, 100W HyperCharge və reversiv şarj dəstəyi ilə 6500 mA·s tutumlu silisium-karbon batareyası ilə təchiz edilib. Bütün “Pro” modellərində batareyalar 1600 şarj dövrəsindən sonra tutumun ən azı 80%-ni saxlayır. Baza “REDMI Note 15” modeli son dərəcə nazik korpusda 6000 mA·s tutumlu batareya ilə təchiz edilib.

Seriyanın yüksək modelləri “SGS Premium Performance” sertifikatına malikdir. Bu modellər “REDMI Titan Structure” arxitekturası və Corning® Gorilla® Glass Victus® 2 şüşəsi sayəsində 2,5 metrədək hündürlükdən düşməyə davamlıdır. Xarici təsirlərə qarşı qorunma üçün REDMI Note 15 Pro+ 5G və REDMI Note 15 Pro 5G modelləri IP66 / IP68 / IP69 / IP69K standartlarına uyğundur, Wet Touch 2.0 texnologiyası isə bütün məhsul xəttində hətta nəm barmaqlarla toxunuş zamanı ekranın düzgün işləməsini təmin edir.

Kameralar və AI imkanları

REDMI Note 15 Pro+ 5G və REDMI Note 15 Pro 5G inteqrasiya edilmiş zum, HDR və AI emalı dəstəyinə malik yeni HPE sensorlu 200 MP-lik kamera ilə təchiz edilib. “Pro” modelləri 23-92 mm aralığında fokus məsafəsi diapazonu təklif edir, REDMI Note 15 və REDMI Note 15 5G modelləri isə 3× optik zum səviyyəsinə malik 108 MP-lik kameralara malikdir.

Bütün seriyada çəkiliş və kontentin redaktəsi üçün Dynamic Shots 2.0, AI Remove Reflection və AI Beautify kimi AI alətləri mövcuddur.

Performans və multimedia

Flaqman məhsul Snapdragon® 7s Gen 4 əsasında çalışır və seriya üçün ilk dəfə olaraq “Xiaomi IceLoop” soyutma sistemi ilə təchiz olunub. Bütün modellər “Google Gemini” və “Circle to Search”u dəstəkləyir, ən yüksək versiya isə əlavə olaraq “Xiaomi HyperAI” platformasına və şəbəkə olmadan səsli mesajların ötürülməsi üçün “Xiaomi Offline Communication” texnologiyasna malikdir.

Smartfonlar 3200 nit pik parlaqlığa, 400%-ə qədər təkmilləşdirilmiş səs gurluğu imkanlarına malik 6,83 düymədək ölçülü böyük AMOLED ekranlarla təchiz olunub.

Məhsullar və qiymətlər

“REDMI Note 15” seriyasından olan smartfonları artıq “Kontakt”, “İrşad”, “Baku Electronics” “Soliton”un rəsmi pərakəndə satış şəbəkələrində aşağıdakı tövsiyə olunan qiymətlərlə əldə edə bilərsiniz:

● REDMI Note 15 - 489,99 AZN-dən

● REDMI Note 15 Pro - 719,99 AZN-dən

● REDMI Note 15 Pro 5G - 819,99 AZN-dən

● REDMI Note 15 Pro+ 5G - 1 019,99 AZN-dən

Məhsullar və xüsusi təkliflər haqqında ən aktual məlumatları “Xiaomi”nin tərəfdaşlarından və rəsmi onlayn platformalarından dəqiqləşdirməyiniz tövsiyə olunur.

Reklam hüququnda

Paylaş:
112

Son xəbərlər

Bütün xəbərlər