Ötən gün aşkarlanan silah-sursatın sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün aşkarlanan silah-sursatın sayı açıqlandı

Qafar Ağayev11:53 - Bu gün
Ötən gün aşkarlanan silah-sursatın sayı açıqlandı

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə 1news.az-a DİN-dən məlumat verilib.

Yanvarın 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 10 avtomat silahı, 2 tapança, 4 qumbara, 6 alışdırıcı, 79 tüfəng, 7 patron darağı və 571 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər