“Azərbaycan Nəşriyyatı” bağlanır - SƏBƏB | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycan Nəşriyyatı” bağlanır - SƏBƏB

12:00 - Bu gün
“Azərbaycan Nəşriyyatı” bağlanır - SƏBƏB

"Azərbaycan Nəşriyyatı" MMC-nin təmirə bağlanmasının səbəbi açıqlanıb.

1news.az xəbər verirt ki, MMC-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu binanın 9 mərtəbəli korpusunda vizual texniki baxış keçirib.

Baxış nəticəsində nəşriyyatın uzunmüddətli istismarı zamanı əsaslı təmir işlərinin aparılmaması ilə əlaqədar əsas yükdaşıyan konstruksiyalarda, su-kanalizasiya və elektrik xətlərində qüsur və zədələnmələr aşkarlanıb.

Bundan əlavə, binadakı liftlərin texniki vəziyyəti qənaətbəxş deyil.

Bildirilib ki, mövcud texniki vəziyyət binada əsaslı təmir işlərinin aparılmasını zəruri edir:

"Bu işlərin həcminin çox böyük olması onların mərhələli şəkildə, eləcə də binanın istismarı davam etdirilməklə icrasını praktiki olaraq mümkünsüz edir. Qeyd olunanları nəzərə alaraq fevralın 1-dən binanın istismarının dayandırılması haqda qərar verilib".

Paylaş:
75

Son xəbərlər

Bütün xəbərlər