Qanunsuz saxlanılan odlu silah-sursat aşkarlanaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
1news.az xəbər verir ki, yanvarın 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 20 tüfəng, 6 patron darağı aşkar edib.
Bundan başqa, 475 ədəd müxtəlif çaplı patron da aşkar edilərək götürülüb.
Tədbirlər davam etdirilir.
82












