Sumqayıtda biznes qurmaq vədi verərək külli miqdarda pul ələ keçirən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda biznes qurmaq vədi verərək külli miqdarda pul ələ keçirən şəxs saxlanılıb

17:59 - 17 / 01 / 2026
Sumqayıtda biznes qurmaq vədi verərək külli miqdarda pul ələ keçirən şəxs saxlanılıb

Sumqayıt şəhərində biznes qurmaq adı altında 24 min manatlıq dələduzluq edən şəxs saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı İ.Quliyev saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb.

Araşdırma zamanı İ.Quliyevin zərərçəkənə birgə biznes qurmaq vədi verərək onun qızıl-zinət əşyalarını satdığı və pulu ələ keçirdiyi məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb.

Paylaş:
863

Son xəbərlər

Bütün xəbərlər