Dərnəgüldə yanan obyektin yaxınlığındakı mağazalar təxliyə edilir - FOTO - VİDEO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Dərnəgüldə yanan obyektin yaxınlığındakı mağazalar təxliyə edilir - FOTO - VİDEO - YENİLƏNİB

13:49 - Bu gün
Dərnəgüldə yanan obyektin yaxınlığındakı mağazalar təxliyə edilir - FOTO - VİDEO - YENİLƏNİB

Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospektində yanan obyektin yaxınlığındakı mağazalar təxliyə edilir.

1news.az xəbər verir ki, hazırda ərazidə yanğınsöndürmə işləri aparılır.

Hazırda yanğının digər mağazalara keçməsinin qarşısının alınması üçün yanğınsöndürmə işləri həyata keçirilir.

****

12:13

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

1news.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

Paylaş:
110

Son xəbərlər

Bütün xəbərlər