Binəqədi rayonunda yataqxanada yanğın söndürülüb, sakinlər təxliyə edilib - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədi rayonunda yataqxanada yanğın söndürülüb, sakinlər təxliyə edilib - FOTO - YENİLƏNİB

Qafar Ağayev16:17 - Bu gün
Binəqədi rayonunda yataqxanada yanğın söndürülüb, sakinlər təxliyə edilib - FOTO - YENİLƏNİB

Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada baş vermiş yanğın qısa müddətdə söndürülüb.

1news.az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.
Yanğın nəticəsində, ilkin məlumata əsasən, xəsarət alan olmayıb.

***

15:44

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub.

1news.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Paylaş:
125

Son xəbərlər

Bütün xəbərlər