Sahil Babayev sabiq bankiri direktor təyin etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Sahil Babayev sabiq bankiri direktor təyin etdi

16:02 - Bu gün
Sahil Babayev sabiq bankiri direktor təyin etdi

Maliyyə Nazirliyinin Maliyyə Elm-Tədris Mərkəzinə yeni direktor təyin edilib.

1news.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, nazir Sahil Babayevin əmri ilə Aslanov Emin Şahin oğlu sözügedən vəzifəyə təyin olunub. Digər əmrlə Elm-Tədris Mərkəzinin hazırkı direktoru Nəsirov Fuad Ramiz oğlu vəzifəsindən azad edilib.

Qeyd edək ki, Emin Aslanov uzun illər ləğv edilən Muğan Bankın "Həyat” filialının müdiri olub. O, 2023-cü ildə elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Qərbi Kaspi Universitetində "Mühasibat Uçotu” və "Maliyyə” ixtisasları üzrə Dövlət Attestasiya Komissiyasının sədri təyin edilmişdi.

1982-ci ildə anadan olan Emin Aslanov Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarına əsasən, 2018-ci ildə iqtisad üzrə fəlsəfə doktoru elmi adını alıb.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər