Ötən il Azərbaycan telekanallarında hansı janrda proqramlar üstünlük təşkil edib? - SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən il Azərbaycan telekanallarında hansı janrda proqramlar üstünlük təşkil edib? - SİYAHI

Qafar Ağayev15:27 - Bu gün
Ötən il Azərbaycan telekanallarında hansı janrda proqramlar üstünlük təşkil edib? - SİYAHI

Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2025-ci il ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanıb.

1news.az xəbər verir ki, bu barədə Şura məlumat yayıb.

Bildirilib ki, statistikaya əsasən açıq ümumölkə yerüstü televiziya yayımında keçən il ərzində efirdə olmuş proqramların janr bölgüsünə görə, 23,47 % informasiya və analitik proqramlar, 16,33 % musiqi və əyləncəli proqramlar, 15,90 % idman proqramları, 13,45 % bədii filmlər və seriallar, 10,90 % reklam məzmunlu materiallar yer alıb.

Mədəni-maarif janrında proqramlar 8,04 %, anonslar, elanlar 3,82 %, sosial yönümlü proqramlar 2,93 %, sənədli film və materiallar 2,89 %, sosial çarxlar 1,17 %, uşaq proqramları və cizgi filmləri isə 1,10 % yer alıb.

Paylaş:
65

Son xəbərlər

Bütün xəbərlər