Nazlı Əhmədova: Azərbaycanda “milli-mənəvi dəyərlər” anlayışına dəqiq tərif veriləcək | 1news.az | Xəbərlər
Mədəniyyət

Nazlı Əhmədova: Azərbaycanda “milli-mənəvi dəyərlər” anlayışına dəqiq tərif veriləcək

14:06 - Bu gün
Nazlı Əhmədova: Azərbaycanda “milli-mənəvi dəyərlər” anlayışına dəqiq tərif veriləcək

Azərbaycanda “milli-mənəvi dəyərlər” anlayışına dəqiq tərif veriləcək və müvafiq siyahı hazırlanacaq.

1news.az xəbər verir ki, bunu Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasının təqdimatına dair məlumat sessiyasında İşçi qrupunun üzvü Nazlı Əhmədova deyib.

Jurnalistlərin suallarını cavablandıran N.Əhmədova bildirib ki, hazırda bu anlayış açıq qaldığı üçün yeni sənəd çərçivəsində milli-mənəvi dəyərlərin mahiyyəti konkretləşdiriləcəkdir.

Xatırladaq ki, Prezident İlham Əliyevin 14 yanvar 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş bu Konsepsiya növbəti 15 il üçün mədəni irsin qorunması, yaradıcı sənayenin inkişafı və infrastrukturun modernləşdirilməsi kimi strateji istiqamətləri əhatə edir.

Feliks Vişnevestki

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər