Cəbrayılda açıq ərazidə yanğın baş verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəbrayılda açıq ərazidə yanğın baş verib

13:51 - Bu gün
Cəbrayılda açıq ərazidə yanğın baş verib

Cəbrayıl rayonunda açıq ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə rayonun Cocuq Mərcanlı kəndi yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 0.7 ha sahədə kol-kos və quru ot yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Paylaş:
65

Son xəbərlər

Bütün xəbərlər