Xalq artisti Muxtar Maniyevin oğluna vəzifə verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Xalq artisti Muxtar Maniyevin oğluna vəzifə verilib

12:35 - Bu gün
Xalq artisti Muxtar Maniyevin oğluna vəzifə verilib

Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinə yeni rəis müavini təyin edilib.

1news.az xəbər verir ki, bununla bağlı müdafiə naziri, general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.

Nazirin əmri ilə Tural Maniyev idarə rəisinin müavini təyin edilib, ardınca ona polkovnik hərbi rütbəsi verilib.

Qeyd edək ki, bir müddətdir qurumun adıçəkilən idarəsinin əməkdaşı kimi çalışan Tural Maniyev mərhum Xalq artisti Muxtar Maniyevin oğludur. O, İkinci Qarabağ Müharibəsi iştirakçısıdır. Maniyevin təyin olunduğu idarənin rəisi polkovnik Anar Eyvazovdur.

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər