Polisin tapdığı uşağın valideynləri müəyyən edildi - VİDEO - YENİLƏNİB
Həyata keçirilən operativ tədbirlər nəticəsində uşağın valideynləri müəyyən edilərək onlarla əlaqə saxlanılmışdır.
1news.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Atası ekoloji nəzarət postuna dəvət olunub.
***
14:45
YPX əməkdaşları kənar dairəvi yolda, hərəkətin intensiv olduğu istiqamətdə yolu təhlükəli yerdən keçən Fərid adlı azyaşlı uşaq aşkarlayıblar.
DİN-in Mətbuat Xidmətindən 1news.az-a bildirilib ki, uşağı tanıyan şəxslərdən xahiş olunur ki, onun ailə üzvlərinin tapılmasına köməklik göstərsinlər.
Uşaq bildirib ki, adı Səiddir, 8 yaşı var. Atasının Təbriz, anasının adı isə Gülüdür. O, 21 nömrəli məktəbdə 2a sinfində oxuyur.
Hazırda uşaq ekoloji nəzarət postundadır, onunla polis əməkdaşları məşğul olur.












